[b]“Qarabağ”ın rəqibindən müsəlmanlara jest[/b]
18.07.2015 - 09:47
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Rudar” gözlənilməz jestlə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, Monteneqro klubu Ramazan bayramına biganə qalmayıb.
Klub rəhbərliyi rəsmi “facebook” səhifəsi vasitəsilə dünya müsəlmanlarının mübarək Ramazan bayramını təbrik edib. Təbrikdə deyilir: “Bütün müsəlmanları, idman azarkeşlərini Ramazan bayramı münasibətilə təbrik edirik”.
Qeyd edək ki, “Qarabağ”la “Rudar” arasında Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab qarşılaşması iyulun 22-də baş tutacaq.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0