Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Atletiko”nun transfer cəhdi uğursuzluqla nəticələnib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, madridlilər “Mançester Yunayted”in yarımmüdafiəçisi Ander Errera sevdasından əl çəkməli olacaqlar.
Çünki İspaniya millisinin üzvü vətəninə dönmək niyyətində olmadığını bildirib. “Atletiko” və “Barselona”nın gündəmində olan 28 yaşlı oyunçu “Mançester Yunayted”də qalacağını söyləyib. “Qırmızı şeytanlar” onun 2018-ci ilin yayına qədər olan müqavilə müddətini daha bir il uzatmağın əleyhinə olmasalar da, orta sahə oyunçusu buna da razılıq verməyib.
Qeyd edək ki, Ander Errera “Mançester Yunayted”ə 2014-cü ilin yayında 32,4 milyon funt-sterlinqə “Atletik”dən keçib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”