[b]“Qarabağ”ın siftəsi [/b]
29.11.2017 - 14:44
[b]“Qarabağ”ın siftəsi [/b]

“Qarabağ” mövsümdə ilk dəfə sarı vərəqə limiti üzündən cəzalanıb. Apasport.az saytının məlumatına görə, İntizam Komitəsinin bugünkü iclasında 800 manat cərimələnən Ağdam klubu əvvəlki 12 turda 4 və ya daha çox xəbərdarlıq almamışdı.

 

XIII turun “Zirə” ilə görüşündə 4 oyunçusu cəzalanan beşqat ölkə çempionu bu üzdən 800 manat ödəməli olacaq.

 

Bu, 4 və ya daha çox sarı vərəqə üzündən kəsilən 15-ci cəzadı. Artıq klublar bu qaydaya görə 12 min manat cərimələnib.

 

Premyer Liqanın 7 klubu sarı vərəqələrin güdazına gedib. Yalnız “Keşlə” bu baxımdan intizamlılığı ilə seçilib.

 

“Sumqayıt”la “Zirə” hamıdan çox – hərəyə 4 dəfə belə cərimə ödəyib. “Kəpəz”lə “Qəbələ” 2, “Neftçi”, “Qarabağ” və “Səbail”in 1 dəfə 800 manatlıq cəzası var.