[b]“Qarabağ”ın təbibi, “Qəbələ”nin məktəblisi[/b]
23.12.2015 - 13:34
[b]“Qarabağ”ın təbibi, “Qəbələ”nin məktəblisi[/b]

Bosniya və Herseqovina millisinin futbolçularının təhsil səviyyəsi bəlli olub. Apasport.az saytının xəbərinə görə, sabiq Yuqoslaviya ölkəsindən olan həmkarlarımız yığmanın hazırkı heyətinin hansı səviyyədə təhsil alması ilə bağlı araşdırma aparıb.

 

Məlum olub ki, yeniyetmə yaşlarından müxtəlif komandaların düşərgəsində olan milli üzvlərinin yarıdan çoxu orta məktəbi də vaxtında və tam başa vurmayıb.

 

Bosniya və herseqovinalılar Azərbaycan klublarının formasını geyən legionerlərin də təhsili ilə bağlı bilgi əldə edib. “Qarabağ”ın qapıçısı İbrahim Şehiç Sarayevodakı tibb məktəbini bitirib. “Qəbələ”də çıxış edən Ermin Zets isə Buqoyno şəhərindəki orta məktəb təhsili ilə kifayətlənib.

 

Maraqlıdı ki, Bosniya və Herseqovina futbolunun ulduzlarından Edin Dzeko dəmiryolçular məktəbini, Emir Spahiç Texniki Dəniz Məktəbinin məzunu olub.