[b]“Qarabağ”ın yeni transferi sıradan çıxdı[/b]
23.08.2015 - 13:24
[b]“Qarabağ”ın yeni transferi sıradan çıxdı[/b]

“Qarabağ”ın bu mövsüm heyətinə qatdığı mərakeşli futbolçu Əlhərbi Əl Jadeoui ciddi zədə alıb. Apasport.az saytının məlumatına görə, futbolçunun ayağında əzələ yırtığı meydana gəlib.

 

Ağdam klubunun mətbuat xidmətinin saytımıza açıqlamasında bildirilib ki, mərakeş əsilli fransız futbolçunun vəziyyəti ağırdı. Onun AZAL-la çempionat və “Yanq Boyz”la Avroliqa pley-off məhələsi oyunlarını buraxacağı dəqiqdi.

 

Ümumilikdə isə zədənin sağalması və futbolçunun formasını bərpa edib yaşıl meydanlara dönməsi üçün təxminən 1 aya yaxın vaxt lazım olacaq.