[b]“Qarabağ”ın zədəliləri nə zaman qayıdacaq?[/b]
24.08.2015 - 08:35
[b]“Qarabağ”ın zədəliləri nə zaman qayıdacaq?[/b]

“Qarabağ”ın daha bir futbolçusu “Yanq Boyz”la cavab qarşılaşmasını buraxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, yarımmüdafiəçi Əl Jadeyui Əlhərbinin zədəsi ciddidi.

 

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 20-də İsveçrədəki qarşılaşmada zədələnən mərakeşli futbolçu bu üzdən Topaz Premyer Liqasının AZAL-la III tur matçını buraxmışdı. Tibbi müayinədən sonra 29 yaşlı oyunçunun əzələsinin dartıldığı aşkarlanıb. Əlhərbi yalnız həftəsonu fərdi məşqlərə başlaya biləcək. Onun yaşıl meydanlara dönməsi isə 2 həftə çəkəcək.

 

Həmçinin digər zədəli futbolçu Maksim Medvedev də iki həftə sonra baş məşqçi Qurban Qurbanovun ixtiyarında olacaq.

 

Qeyd edək ki, “Qarabağ”ın “Yanq Boyz”la cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.