[b]“Qarabağ”la oyun: “Tottenhem”in müdafiəçisi üçün son şans[/b]
16.11.2015 - 13:46
[b]“Qarabağ”la oyun: “Tottenhem”in müdafiəçisi üçün son şans[/b]

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Tottenhem” qış fasiləsində heyətində təmizləmə işləri aparacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Maurisio Poçettino 3 futbolçununun adını “qara siyahı”ya salıb.

 

Onlar müdafiəçi Kiran Trippier və yarımmüdafiəçilər Nabil Bentaleblə Andros Tounsenddi. Orta sahə futbolçuları, ümumiyyətlə, baş məşqçinin gələcək planlarına daxil deyil. Lakin Poçettino özü gətirdiyi Trippierə daha bir neçə oyunda şans verəcək. Argentinalı mütəxəssis, xüsusən də, Avropa Liqasında “Qarabağ” (26 noyabr) və “Monako” (10 dekabr) ilə matçlarda sağ cinah oyunçusuna son dəfə özünü göstərmək imkanı verəcək. 25 yaşlı futbolçu bu iki görüşdə də ümidləri doğrultmasa, London klubu onu icarəyə verəcək.

 

Qeyd edək ki, bu mövsüm “Tottenhem”in heyətində Kiran Trippier 6, Nabil Bentaleb və Andros Tounsend isə 4 oyun keçirib.