Afrika zonası üzrə DÇ-2018-in seçmə mərhələsində 5-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Dino Ndlovunun çıxış etdiyi Cənubi Afrika Respublikası millisi də növbəti oyununu keçirib.
CAR yığması öz meydanında Seneqalı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Dino məğlubiyyəti kənardan izləməli olub.
DÇ-2018-in seçmə mərhələsi
Afrika zonası
D qrupu, V tur
CAR - Seneqal - 0:2
Qollar: Diafra Sakho, 12, Tamsanqa Mkhize, 38 (avtoqol)
Qeyd edək ki, CAR Seneqal, Burkino Faso və Kape Verdenin yer aldığı D qrupunda sonuncu yerdə qərarlaşıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”