Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” qışda heyətdə dəyişiklik etmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “zadəganlar” Villianla yolları ayırmağa qərar veriblər.
Baş məşqçi Antonio Konte braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlı deyil. Bu səbəbdən London klubunun rəhbərliyi “sambaçı”nı başqa kluba satmağa hazırlaşır. Bundan əldə olunacaq məbləğ isə PSJ-nin braziliyalı futbolçusu Lukas Mouranın transferinə xərclənəcək.
İngilislər Paris təmsilçisi ilə danışıqlara indidən start veriblər.
Qeyd edək ki, Villian 2013-cü ildən “Çelsi”nin formasını geyinir. Moura isə həmin ildən PSJ-nin üzvüdü.