[b]“Qaziantep BB” daha bir azərbaycanlı futbolçu aldı[/b]
03.07.2014 - 11:11
Millimizin hücumçusu Vaqif Cavadovu heyətinə qatan Türkiyə I dəstə təmsilçisi “Qaziantep BB” daha bir azərbaycanlı futbolçu ilə güclənir. Apasport.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Qaziantep təmsilçisi “Bakı”nın 20 yaşlı hücumçusu Rəhman Hacıyevi sıralarına qatmağa çox yaxındı. Artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub. Yalnız müqavilə imzalanması qalır ki, bu da yaxın günlərdə həll olunacaq.
0
0