[b]“Qəbələ” - AZAL: "Qırmızı-qaralar" qol vurmalıdı![/b]
06.02.2015 - 11:48
[b]“Qəbələ” - AZAL: "Qırmızı-qaralar"  qol vurmalıdı![/b]

Topaz Premyer Liqasının XX turu bu gün keçiriləcək “Qəbələ” – AZAL matçı ilə start götürəcək. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmanı idarə edəcək Rəhim Həsənov hər iki komanda üçün uğursuz hakimdi.

 

Belə ki, FİFA referisinin cari mövsüm idarə etdiyi çempionat matçlarında nə “Qəbələ” qalib gəlib, nə də AZAL. Sonuncular I turda “Xzər Lənkəran” (1:1), XV turda isə “İnter”lə (0:1) qarşılaşsa da, cəmi 1 xal qazanıb. Bu da ev oyununda əldə olunub. Səfərdə isə bakılılar uduzublar. Həsənov bu matçlarda AZAL-a 1 qırmızı vərəqə də göstərib.

 

AZAL referinin idarə etdiyi hər matçda 1 qol buraxırsa, “Qəbələ”nin matçlarında 2 top vurulur. VIII turda “Qarabağ”a 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar”, XI turda “Bakı”, XVII turda “Sumqayıt”la “sülh” bağlayıb – hər ikisi 1:1. Bu görüşlərdə Həsənov “Qəbələ”nin rəqiblərinin də xeyrinə 1 penalti təyin edib, “Bakı”nı isə azlıqda qoyub.

 

Maraqlıdı ki, Həsənovun cari mövsümdə idarə etdiyi matçlarda göstərdiyi hər iki qırmızı vərəqə və penaltilərin üçü də məhz AZAL və “Qəbələ”nin iştirak etdiyi matçlara təsadüf edib. Onun baş hakim olduğu görüşlərdə meydan sahibləri 3 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə uduzub. Bu qarşılaşmaların hamısında meydan sahibləri qol sevinci yaşayıb.

 

Qeyd edək ki, nəticəsi ləğv olunan oyunlar statistikada nəzərə alınmır.