[b]“Qəbələ” 5 oyundan sonra[/b]
10.03.2018 - 00:44
[b]“Qəbələ” 5 oyundan sonra[/b]

Azərbaycan Premyer Liqasının XIX turunda “Qəbələ” səfərdə “Kəpəz”lə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

“Qırmızı-qaralar” Filip Ozobiçin qolu ilə rəqibi üzərində ardıcıl 2-ci qələbəsini qazanıb. Maraqlıdı ki, bundan əvvəlki 3 qarşılaşmada Qriqorçukun yetirmələri 3 xala həsrət qalmışdılar. Matçlardan ikisini “Kəpəz” qazanmışdısa, birində tarazlıq pozulmamışdı.

 

Sözügedən oyun “Kəpəz”in “Qəbələ” ilə ardıcıl 5 oyunda qol vurma seriyasının qırılması ilə əlamətdar olub.

 

Qeyd edək ki, 19 turdan sonra aktivində 10 xal olan “Kəpəz” sonuncu, 38 xala sahib “Qəbələ” isə ikinci pillədə qərarlaşıb.