[b]“Qəbələ” – “Arsenal” matçının başlama saatı bəlli oldu[/b]
26.01.2018 - 22:46
[b]“Qəbələ” – “Arsenal” matçının başlama saatı bəlli oldu[/b]

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsində 2-ci, qış fasiləsində 4-cü görüşünə çıxacaq.

 

Yanvarın 5-dən 17-dək davam edən 1-ci mərhələdə Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1), ayın 21-də start götürən 2-ci mərhələdə Makedoniyanın “Rabotniçki” (2:1) klubları ilə görüşən komandanın növbəti rəqibi Rusiya təmsilçisi “Arsenal” olacaq.

 

“Arsenal”la görüş Antalyanın Qloriya məşq meydançalarında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Yoxlama oyunu

27 yanvar

18:00. “Qəbələ” (Azərbaycan) – “Arsenal” (Tula, Rusiya)

Qloriya məşq meydançaları