[b]“Qəbələ” – “Keşlə” matçı İnqilab Məmmədova tapşırıldı[/b]
02.12.2017 - 16:11
[b]“Qəbələ” – “Keşlə” matçı İnqilab Məmmədova tapşırıldı[/b]

Azərbaycan Premyer Liqasının XIV turunun sabah keçiriləcək oyunları üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ” – “Keşlə” matçı İnqilab Məmmədova həvalə edilib.

 

“Səbail” – “Zirə” oyununda isə baş hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

03 dekabr (bazar)

16:00. “Qəbələ” – “Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Fazil Mürşüdov
Qəbələ şəhər stadionu

18:30. “Səbail” – “Zirə”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cəmil Quliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Kərim Ağayev
“Bayıl Arena”