[b]“Qəbələ” - “Xəzər Lənkəran” matçı təxirə salına bilər[/b] - YENİLƏNİB
19.02.2015 - 15:52
[b]“Qəbələ” - “Xəzər Lənkəran” matçı təxirə salına bilər[/b] - YENİLƏNİB

Topaz Premyer Liqasının XXIII turu çərçivəsində bu gün keçirilməli olan “Qəbələ” – “Xəzər Lənkəran” oyunu təxirə salına bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb Qəbələni bürüyən qatı dumandı.

 

Bununla bağlı əməkdaşımıza açıqlamasında qonaq komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu görüşün keçirilməmə ehtimalının olduğunu vurğulayıb: “Hazırda Qəbələ şəhər stadionunda göz-gözü görmür. Qarşılaşmanın startına qədər duman çəkilməsə, hakimlər matçı təxirə salacaqlar”.

 

Görüşün hakim-inspektoru Şahin Cəfərov isə apasport.az saytına açıqlamasında artıq stadionda duman olmadığını deyib: “Oyunun keçirilməsinə heç bir əngəl yoxdu. İnşallah, saat 5-də matçın start fiti səslənəcək”.

 

Oyunun AFFA nümayəndəsi Əsgər Əmirəliyev də saytımıza verdiyi açıqlamada matçın böyük ehtimalla keçiriləcəyini söyləyib: “Düzdü, duman var. Amma hazırkı vəziyyət normaldı. Oyunun startına hələ bir saat vaxt var. Hava şəraiti belə olsa, oyunu keçirmək olar”.

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” görüşü saat 17:00-da start götürməlidi.