[b]“Qəbələ”&“Qarabağ” – qrupa kim düşəcək?[/b]
24.08.2015 - 14:19
[b]“Qəbələ”&“Qarabağ” – qrupa kim düşəcək?[/b]

Sabah avrokuboklarda pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, üç gün ərzində Çempionlar Liqası və Avropa Liqasında ümumilikdə 32 qarşılaşma baş tutacaq.

 

Bu oyunlarla qitə kuboklarında təsnifat mərhələsi başa çatacaq. Turnirlərin əsas raunduna – qrup mərhələsinə vəsiqə qazanan 42 komanda müəyyənləşəcək. 22 komanda isə mövsümü başa vuracaq.

 

Qitənin ən nüfuzlu klub turnirinin 5 qarşılaşması sabah, 5-i isə ertəsi gün keçiriləcək. Çempionlar Liqasının qrupuna vəsiqə iddiasında olanlar arasında Azərbaycan və Türkiyə təmsilçisi qalmayıb.

 

Postsovet məkanı təmsilçilərindən MOİK, “Şaxtyor”, BATE və “Astana” hansı turnirin qrupunda oynayacaqlarına aydınlıq gətirəcək. Çünki qalib gələn 10 komanda Çempionlar Liqasının, 10 uğursuz isə Avropa Liqasının qrupunda iştirak hüququ qazanacaq.

 

Avqustun 27-də isə 22 matç baş tutacaq. Avropa Liqasının oyunlarında məğlub olanlar üçün avrokubok mövsümü bitəcək.

 

Bu turnirdə iki Azərbaycan təmsilçisi – “Qəbələ” və “Qarabağ” meydana çıxacaq. Sonuncular evdə İsveçrə “Yanq Boyz”u ilə qarşılaşmada ilkə imza atmağa çalışacaq.

 

Belə ki, ötən il qrupda oynayan “Qarabağ” səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Bern təmsilçisini keçsə, ardıcıl iki dəfə əsas mərhələdə çıxış edən ilk klubumuz olacaq.

 

Bakıda qolsuz heç-heçə etdiyi “Panatinaikos”u Yunanıstanda adlamağa cəhd edən “Qəbələ” də ilki gerçəkləşdirə bilər. “Qırmızı-qaralar” yarışa Avropa Liqasında başlayıb, qrupa düşən ilk komandamız kimi tarixə düşə bilər.

 

Türkiyə təmsilçisi “Fənərbaxça” da Yunanıstan klubu ilə üz-üzə gələcək. İstanbullular səfərdə 1:0 hesabı ilə məğlub etdiyi “Atromitos”u sınağa çəkəcək.

 

 

Çempionlar Liqası, pley-off mərhələsi

Cavab oyunları

25 avqust 

 

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - “Skenderbeu” (Albaniya)

İlk oyun - 2:1

23:45. “Malmö” (İsveç) - “Seltik” (Şotlandiya)

İlk oyun - 2:3

23:45. “Makkabi” (Təl-Əviv, İsrail) - “Bazel” (İsveçrə)

İlk oyun - 2:2

23:45. “Şaxtyor” (Ukrayna) - “Rapid” (Avstriya)

İlk oyun - 1:0

23:45. “Monako” (Fransa) - “Valensiya” (İspaniya)

İlk oyun - 1:3

 

26 avqust

23:45. APOEL (Kipr) - “Astana” (Qazaxıstan)

İlk oyun - 0:1

23:45. “Brügge” (Belçika) - “Mançester Yunayted” (İngiltərə)

İlk oyun - 1:3

23:45. “Bayer” (Almaniya) - “Latsio” (İtaliya)

İlk oyun - 0:1

23:45. MOİK (Rusiya) - “Sportinq” (Portuqaliya)

İlk oyun - 1:2

23:45. “Partizan” (Serbiya) - BATE (Belarus)

İlk oyun - 0:1

 

Avropa Liqası, pley-off mərhələsi

Cavab oyunları

27 avqust 

 

19:45. “Kayrat” (Qazaxıstan) - “Bordo” (Fransa)

İlk oyun - 0:1

21:00. “Qarabağ” (Azərbaycan) - “Yanq Boyz” (İsveçrə)

İlk oyun - 1:0

21:00. “Yablonets” (Çexiya) - “Ayaks” (Hollandiya)

İlk oyun - 0:1

21:00. “Rubin” (Rusiya) - “Rabotniçki” (Makedoniya)

İlk oyun - 1:1

22:00. “Videoton” (Macarıstan) - “Lex” (Polşa)

İlk oyun - 0:3

22:00. HİK (Finlandiya) - “Krasnodar” (Rusiya)

İlk oyun - 1:5

22:30. “Tyun” (İsveçrə) - “Sparta” (Çexiya)

İlk oyun - 1:3

22:30. “Sent-Etyenn” (Fransa) - “Milsami” (Moldova)

İlk oyun - 1:1

23:00. “Rusenborq” (Norveç) - “Styaua” (Rumıniya)

İlk oyun - 3:0

23:00. “Panatinaikos” (Yunanıstan) - “Qəbələ” (Azərbaycan)

İlk oyun - 0:0

23:00. “Brondbü” (Danimarka) - PAOK (Yunanıstan)

İlk oyun - 0:5

23:00. “Hayduk” (Split, Xorvatiya) - “Slovan” (Çexiya)

İlk oyun - 0:1

23:00. “Fənərbaxça” (Türkiyə) - “Atromitos” (Yunanıstan)

İlk oyun - 1:0

23:00. “Alkmaar” (Hollandiya) - “Astra” (Rumıniya)

İlk oyun - 2:3

23:30. “Zalsburq” (Avstriya) - “Dinamo” (Minsk, Belarus)

İlk oyun - 0:2

23:30. “Voyvodina” (Serbiya) - “Viktoriya” (Plzen, Çexiya)

İlk oyun - 0:3

23:30. “Standard” (Belçika) - “Mölde” (Norveç)

İlk oyun - 0:2

23:30. “Borussiya” (Dortmund, Almaniya) - “Odd” (Norveç)

İlk oyun - 4:3

23:45. “Atletik” (İspaniya) - “Jilina” (Slovakiya)

İlk oyun - 2:3

23:45. “Mityulland” (Danimarka) - “Sauthempton” (İngiltərə)

İlk oyun - 1:1

00:00. “Legiya” (Polşa) - “Zarya” (Ukrayna)

İlk oyun - 1:0

01:30. “Belenenseş” (Portuqaliya) - “Altax” (Avstriya)

İlk oyun - 1:0