"Qəbələ" və Buxarest "Dinamo"su arasında hücumçu Marsel Essombenin transferi ilə bağlı razılaşma əldə olunub. Apasport.az saytı xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın rəsmi feysbuk səhifəsində məlumat yayılıb.
Essombe danışıqların yekunlaşdırılması və tibbi müayinədən keçmək məqsədilə ölkəmizə dəvət edilib.
Futbolçu karyerasına Fransada başlayan Essombe karyerası boyunca adıçəkilən ölkənin bir sıra klublarında forma geyinib. O, son mövsümü "Dinamo"da keçirib.
Qeyd edək ki, Essombenin Azərbaycandan təklif aldığını və həmin klubun, böyük ehtimalla, “Qəbələ” olduğunu ilk dəfə apasport.az saytı yazmışdı.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI