[b]“Qəbələ” futbolçusunu qaytarır[/b]
17.05.2016 - 17:14
[b]“Qəbələ” futbolçusunu qaytarır[/b]

Topaz Premyer Liqasında debüt etdiyi ilk mövsümündə gümüş medal qazanan “Zirə” daha bir futbolçusu ilə yollarını ayırmalı olacaq. Apasport.az saytının məlumatına görə, söhbət müdafiəçi Sadiq Quliyevdən gedir.

 

Mövsümlərarası fasilədə 3 futbolçusu - Tərzin Cahangirov, Sadiq Quliyev və Tellur Mütəllimovu paytaxt klubuna icarəyə verən “Qəbələ” onlardan Quliyevi geri qaytarmaq qərarına gəlib. “Qırmızı-qaralar” “Zirə”nin heyətində uğurlu çıxışı ilə diqqət çəkən 21 yaşlı müdafiəçini gələn mövsüm heyətə cəlb etmək niyyətindədi. Doğrudu, “Zirə”nin baş məşqçisi Adil Şükürov da Quliyevin komandada qalmasının tərəfdarıdı. Lakin bu, yalnız “Qəbələ”nin Sadiqdən imtina edəcəyi təqdirdə baş verə bilər.

 

“Zirə” icarə əsasında oynatdığı hücumçu Nurlan Novruzovu da heyətdə saxlamaq niyyətindədi. Müqavilə ilə “Bakı”ya məxsus olan oyunçunun gələcək taleyi iki klub arasındakı danışıqdan asılı olacaq.

 

Qeyd edək ki, Sadiq Quliyev bu mövsüm Premyer Liqada 28, Nurlan Novruzov isə 22 oyun keçirib. İkincinin aktivində 3 qol var.

 

0