[b]“Qəbələ” Gəncəyə 5 itki ilə yollandı[/b]
19.05.2016 - 12:57
[b]“Qəbələ” Gəncəyə 5 itki ilə yollandı[/b]

Topaz Premyer Liqasının son turunda “Kəpəz”in qonağı olacaq “Qəbələ” Gəncə şəhərinə artıq yollanıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” matç öncəsi son məşqini bu gün məhz görüşün baş tutacağı stadionda keçəcək.

 

Baş məşqçi Roman Qriqorçuku zədəli futbolçuların çoxluğu narahat edir. Çoxdandı komandadan ayrı qalan kapitan Dodo Bakıda müalicə olunmaqla məşğuldu. Braziliyalı yarımmüdafiəçi istirahət üçün yaxın günlərdə vətəninə yola düşəcək.

 

Bosniya və Herseqovinadan olan hücumçu Ermin Zets də Gəncəyə aparılmayanlar arasındadı. Sarı vərəqə limitini dolduran forvard cəzalı duruma düşüb.

 

Ancaq şimallıların problemləri bununla bitmir. Zədəli olduğu üçün yığma komandanın heyətindən çıxarılan Elvin Camalov da sabah klubuna kömək edə bilməyəcək. Həmçinin estoniyalı yarımmüdafiəçi Sergey Zenyov da eyni səbəbdən qarşılaşmanı buraxacaq. Braziliyalı müdafiəçi Rafael Santos da hazırda zədədən əziyyət çəkir. Çox güman ki, Rafa da son turda meydana çıxmayacaq.

 

Qeyd edək ki, sabah baş tutacaq “Kəpəz” – “Qəbələ” görüşü saat 17:00-da start götürəcək. Qonaqlar bu qarşılaşmada qələbə qazansalar, mövsümü bürünc mükafatla başa vuracaqlar.

0