[b]“Qəbələ” Gürcüstan klubuna məğlub oldu[/b]
28.01.2018 - 20:46
[b]“Qəbələ” Gürcüstan klubuna məğlub oldu[/b]

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası Gürcüstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlığı Tiflisdə davam etdirən “qırmızı-qaralar” “VİT-Corciya” klubu ilə üz-üzə gəlib.

 

Qarşılıqlı hücumlar şətaitində keçən matçın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. Fasilədən sonra qol imkanlarından daha yaxşı istifadə edən Gürcüstan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

 

Yanvarın 26-dan qonşu ölkədə hazırlıq keçən əvəzedicilər növbəti yoxlama matçında “Saburtalo” klubunun əvəzediciləri ilə qarşılaşacaq.