“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yollanıb.
Qış hazırlıq prosesinin Qəbələdə və Bakıdakı bölümlərini başa vuran Emin İmaməliyevin yetirmələri yanvarın 26-dan fevralın 2-dək Tiflisdə məşq edəcək.
Ötən gün qonşu ölkənin paytaxtına çatan komanda ilk məşqini də gerçəkləşdirib. Əvəzedicilər “Sabutalo” klubunun ev oyunlarını keçirdiyi “Bendela” stadionunda hazırlıq keçib.
Komanda növbəti məşqinə bu gün çıxacaq. Yanvarın 28-də isə “qırmızı-qaralar” Gürcüstanda ilk yoxlama oyununu keçirəcək. Təmsilçimiz 1-ci dəstədə çıxış edən “VİT-Corciya” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı