[b]“Qəbələ” kapitansız qaldı[/b]
02.04.2016 - 00:01
[b]“Qəbələ” kapitansız qaldı[/b]

“Qəbələ” Topaz Premyer Liqasının XXVIII turunun “İnter”lə ev oyununun hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, ötən turun AZAL-la səfər matçından sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” dünən Qəbələ şəhər stadionunda bir araya gəlib.

 

Günün ikinci yarısına təsadüf edən məşq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən komanda sonra toplu çalışmalarla məşq edib. Hazırlığa zədəli olan kapitan Dodo istisna olmaqla bütün futbolçular qatılıb.

 

Roman Qriqorçukun yetirmələri bu gün oyunöncəsi son məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi saat 17:30-da başlayacaq.

 

Xatırladaq ki, IV dövrənin ilk turunun “Qəbələ” – “İnter” matçı aprelin 3-də keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 19:00-da start götürəcək. Qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək.

 

(klub saytı)

0