[b]“Qəbələ” Rəşad Sadiqov məsələsinə nöqtə qoydu[/b]
28.03.2014 - 16:14
[b]“Qəbələ” Rəşad Sadiqov məsələsinə nöqtə qoydu[/b]

“Nə Rəşad Sadiqovla danışmışıq, nə də onun klubu ilə. Ümumiyyətlə, onun barəsində məşqçilərlə də söhbətimiz olmayıb”. Bunu apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

“Neftçi”yə növbəti mövsümün sonunadək məxsus olan, ancaq əvəzedici komandaya göndərildiyi üçün Rəşad Sadiqovun adı “Qəbələ”, “Bakı” və “Xəzər Lənkəran”la yanaşı çəkilir.

 

Nəcəfov Sadiqovun hazırda “Qəbələ”nin transfer hədəfində olmadığını bildirdi: “Rəşad hazırda maraq dairəmizdə deyil. Ancaq bəlkə zaman keçdikcə, baş məşqçi onu istəyər və yaxud növbəti mövsüm üçün planlarımızı tərtib edəndə çalışdırıcımızın hədəfində ola bilər. Bunlar hamısı sonrakı məsələlərdir. Ancaq hazırda onu deyə bilərəm ki, Rəşad bizim transfer hədəfimizdə deyil”.