[b]“Qəbələ” rəsmisi: Bu şayiələr kiminsə marağına xidmət edir[/b]
07.04.2014 - 12:53
[b]“Qəbələ” rəsmisi: Bu şayiələr kiminsə marağına xidmət edir[/b]

“Baş məşqçi postunda Yuri Syomini başqası ilə əvəz etmək fikrimiz yoxdur. Bu səbəbdən hansısa mütəxəssislə danışıqlar aparmamışıq”. Bunu apasport.az saytına “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı deyib.

 

Bir müddət öncə “Neftçi”nin sabiq çexiyalı çalışdırıcısı Vlastimil Petrjelanın “Qəbələ”yə gətiriləcəyi haqda xəbərlər yayılmışdı. Onun gəlişində isə Səfiyarlının vasitəçilik etdiyi bildirilirdi.

 

İndi isə “Fənərbaxça”nın məşqçisi İsmail Kartalın Yuri Syominin xələfi olacağı deyilir. Öncə Petrjelanın gəlişində vasitəçi olduğunu şayiə adlandıran Səfiyarlı onunla sonuncu dəfə 2 il öncə əlaqə saxladığını deyib: “Kartala gəlincə, o, biim komandaya necə baş məşqçi gələ bilər? “Qalatasaray” - “Fənərbaxça” matçında texniki zonada yer almışdı. Bunlar hamısı şayiədir, kiminsə marağına xidmət edir. Kartalın Türkiyə mətbuatına verdiyi açıqlaması da bundan xəbər verir”.

 

Komandada yerli və əcnəbi futbolçular arasında yaranan qruplaşmaya gəlincə, menecer bunu da təkzib edib: “Bunlar hamısı son uğursuz çıxışlarımızla bağlıdır. Gah deyilir ki, Daniel Subotiç sevgilisi ilə şəkil çəkdirib. Halbuki, burda qeyri-adi bir şey yoxdur. Gah da deyilir ki, Yuri Syominin yerinə məşqçi axtarılır. Bu uğursuzluqlara görə, komanda haqqında olmayan informasiyalar yazılır...”

 

Qeyd edək ki, “Qəbələ” çempionatda 7 turdur qələbə üzünə həsrətdir. “Qırmızı-qaralar” sonuncu dəfə fevralın 19-da AZAL üzərində səfər qələbəsi (2:1) qazanıb.