[b]"İnter" "təyyarə"ni 1 topla "vurdu", "Qəbələ" yenə büdrədi[/b]
09.04.2016 - 17:54
[b]"İnter" "təyyarə"ni 1 topla "vurdu", "Qəbələ" yenə büdrədi[/b]

Bu gün Topaz Premyer Liqasında XXIX turun daha iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, matçlardan biri Bakıda, digəri isə paytaxtdan kənarda baş tutub.

 

Turun ikinci oyun gününə Sumqayıtda start verilib. Mükafatlara iddialı olan “Qəbələ” yerli komandanın qonağı olub. Ardıcıl dörd oyundu qələbə qazana bilməyən Roman Qriqorçukun yetirmələri bu dəfə səfərdən 3 xalla dönmək iddiasında idi. İlk üç dövrədəki oyunların hamısında “kimyaçılar”a qol vurmağı bacarmış “qırmızı-qaralar” bu uğuru təkrarlaya bilib. Lakin son dəqiqələrdə buraxılan qol 3 xalı "Qəbələ"nin əlindən alıb. Bununla "Sumqayıt" yenə öz meydanında güclü rəqibindən xal almağı bacarıb.

 

“İnter”lə AZAL isə günün ikinci matçında paytaxt derbisində üz-üzə gəlib. Son iki turda qələbə qazanan “təyyarəçilər” cari mövsümdə qapısına qol vura bilmədiyi “İnter”i büdrətməklə Avrokubok arzusuna doğru daha bir addım atmaq istəyirdi. Lakin Vüqar Nadirovun yeganə qolu Tərlan Əhmədovun yetirmələrinin arzusunu ürəyində qoyub. "Bankirlər" bu matçda qələbə qazanaraq, 3-cü pillədəki mövqeyini möhkəmlədib.

 

 

Topaz Premyer Liqası

XXIX tur

9 aprel (şənbə)
 

 

“İnter” – AZAL - 1:0

Qol: Vüqar Nadirov, 64

Mövsümün əvvəlki oyunları: 1:0, 2:0, 0:0

Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Kamran Bayramov, Fariz Yusifov 

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Məlik Həsənov

“İnter Arena”

“İnter”: 79. Georgi Lomaya (k), 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 12. Ruslan Əmircanov, 14. Zurab Xizanişvili, 17. Vüqar Nadirov, 22. İlkin Qırtımov, 23. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 77. Mirsahib Abbasov

Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. Laşa Kasradze, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 20. Yuriy Fomenko, 30. Abbas Hüseynov, 33. Aqşin Quluzadə 

Baş məşqçi: Zaur Svanadze

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 11. Ruslan Nəsirli, 88. Mirzağa Hüseynpur, 77. Adan Koronado, 9. Aydın Qasımov

Ehtiyat oyunçular:  1. Amil Ağacanov, 4. Qvanzav Maqomedov, 19. Məhəmməd Bədəlbəyli, 20. İsmayıl İbrahimli, 10. Nuqzar Kvirtiya, 7. Tərlan Xəlilov, 27. Aleksandr Quruli

Baş məşqçi: Tərlan Əhmədov

 

 

“Sumqayıt” – “Qəbələ” - 1:1

Qollar: Pərdis Fərcad-Azad, 85 (pen.) - Aleksey Qay, 66

Mövsümün əvvəlki oyunları: 0:1, 2:2, 0:1

Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə 

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Şahin Cəfərov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad, 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov, 99. Rasim Ramaldanov 

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 27. İsmayıl Babayev, 29. Amil Yunanov, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

“Qəbələ”: 22. Dmitri Bezotosni, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 7. Ermin Zets, 9. Sergey Zenyov, 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 66. Samir Zərgərov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 5. Pavel Paşayev, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 32. Rəşad Eyubov, 69. Aleksey Antonov, 77. Ehtiram Şahverdiyev

Baş məşqçi: Roman Qriqorçuk

 

 

Turnir cədvəli

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

29

20

6

3

53-18

66

2

Zirə   

28

15

8

5

34-22

53

3

İnter 

29

13

9

7

27-18 

48

4

Kəpəz        

29

12

9

8

35-30

45

5

Qəbələ       

29

11

10

8

33-24 

43

6

AZAL   

29

11

6

12

22-28

39

7

Neftçi    

28

9

8

11

27-31

35

8

Sumqayıt   

29

6

11

12

30-39

29

9

Xəzər L  

28

3

5

20

12-38

14

10

Rəvan 

28

3

8

17

19-44

11

* "Rəvan"ın hesabından 6 xal silinib

 

Bombardirlər: Nelson Bonilla (“Zirə”), Dani Kintana ("Qarabağ") – 10 qol.

0