[b]“Qəbələ” tilsimi qırmaq arzusunda, “Simurq”un “Qarabağ” sınağı[/b]
14.02.2015 - 17:16
[b]“Qəbələ” tilsimi qırmaq arzusunda, “Simurq”un “Qarabağ” sınağı[/b]

Sabah Topaz Premyer Liqasında XXII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, tura Sumqayıtda start veriləcək.

 

Üçüncü dövrəyə ardıcıl 2 qələbə ilə başlayıb, ardınca “Qarabağ”a minimal hesabla uduzan AZAL bu dəfə “Sumqayıt”la üz-üzə gələcək. “Təyyarəçilər”dən fərqli olaraq, “gənclik şəhəri” təmsilçisi qış fasiləsindən sonra 2 oyun keçirib və hələlik məğlubiyyət acısı dadmayıb. AZAL rəqiblərinin qeyri-stabil çıxışından faydalanıb, avrokuboklara vəsiqəyə iddia etmək istəyir. Tərlan Əhmədovun komandası nəyin bahasına olursa-olsun, Sumqayıtdan qələbə ilə qayıtmağa çalışacaq. Öz növbəsində, “Sumqayıt” da doğma meydanda 3 xal qazanmaq niyyətindədi. Qeyd edək ki, bu mövsüm keçirilən ilk 2 qarşılaşmada AZAL “Sumqayıt”dan minimal hesabla üstün olub.

 

Əvvəlki illərlə müqayisədə, cari mövsümdə “İnter” – “Bakı” matçına maraq azdı. “Bankirlər” yenə medallar uğrunda mübarizə apardıqları halda, “Bakı” çətin günlərini yaşayır. Bu mənada, matçın aşkar favoriti “İnter”di. Komandaların əvvəlki 2 görüşündə qeydə alınan nəticə də bunu deməyə əsas verir. Turnir cədvəlində “Neftçi”nin nəfəsini hiss edən “İnter” rəqibinin ona çatmaması üçün mütləq “Bakı”nı məğlubiyyətə uğratmalıdı. “Zolaqlılar” isə Jabanın təcrübəsi və Nurlan Novruzovun irəli xətdəki fəallığına ümid edə bilərlər.

 

Turun mərkəzi qarşılaşması “Qarabağ” və “Simurq” komandaları arasında keçiriləcək. Ağdam klubu çempionluğa bir nömrəli namizəd olduğu halda, “Simurq” Avropa Liqasına vəsiqə qazanmaq arzusundadı. Matçın favoriti, heç şübhəsiz ki, “Qarabağ”dı. Cari mövsümdə “Simurq”la keçirdiyi hər 2 oyunda qələbə qazanması ağdamlıların əbəs yerə favorit sayılmadıqlarını bir daha təsdiqləyir. Ancaq unutmayaq ki, “Qarabağ” “Simurq”la qarşılaşdığı əksər matçlarda çətinliklə üzləşib. Üstəlik, Zaqatala təmsilçisi qış fasiləsindən sonra keçirdiyi 3 oyunda 7 xal qazanıb. Bu onu göstərir ki, “sarı-qaralar” “Qarabağ” üçün asan yem deyillər.

 

Qış fasiləsindən sonra istədiyi kimi çıxış edə bilməyən “Qəbələ” və “Neftçi”nin görüşünə də maraq az deyil. İlk 2 dövrədəki oyunlardan fərqli olaraq, bu dəfə daha gərgin qarşılaşma keçəcəyini indidən söyləmək olar. Yeri gəlmişkən, bu komandaların cari mövsümdəki hər iki oyunu qolsuz bərabərliklə başa çatıb. Nəzərə alsaq ki, bu dəfə qələbə həm “Qəbələ”yə, həm də “Neftçi”yə hava-su kimi lazımdı, deməli, azarkeşlərin qollu matç izləmək şansı var. “Qəbələ” Roman Qriqorçukun rəhbərliyi altında ilk ev qələbəsini qazanmağa, “Neftçi” isə “Xəzər Lənkəran” üzərindəki qələbənin ardını gətirməyə çalışacaq.

 

Qeyd edək ki, bu tur “Xəzər Lənkəran” istirahət edəcək.

 

 

Topaz Premyer Liqası

XXII tur

15 fevral (bazar)

 

16:00. “Sumqayıt” – AZAL

İlk 2 dövrədəki oyunlar: 0:1, 2:3

Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Coşqun Həsənov, Xəlil Xəlilov

“Kapital Bank Arena”

 

17:00. “İnter” – “Bakı”

İlk 2 dövrədəki oyunlar: 7:0, 1:0

Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vüsal Qənbərov, İnqilab Məmmədov

“İnter Arena”

 

18:00. “Qarabağ” – “Simurq”

İlk 2 dövrədəki oyunlar: 1:0, 3:2

Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Azər Əsgərov, Rza Məmmədov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov

Tofiq Bəhrəmov adına Respublika stadionu

 

18:00. “Qəbələ” – “Neftçi”

İlk 2 dövrədəki oyunlar: 0:0, 0:0

Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov

Qəbələ şəhər stadionu

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

17

11

4

2

33-18

37

2

İnter

18

8

9

1

28-8

33

3

Neftçi

18

8

6

4

22-14

30

4

Simurq

19

8

4

7

29-22

28

5

AZAL 

18

6

5

7

21-27

23

6

Qəbələ

19

5

7

7

21-27

22

7

Xəzər L 

19

5

5

9

23-26

20

8

Sumqayıt

18

4

5

9

19-27

17

9

Bakı

19

2

5

12

14-42

11

 

Bombardirlər: Nurlan Novruzov ("Bakı") - 10 qol, Draqan Çeran (“Simurq”) – 9 qol, Mikel Alvaro (“İnter”) - 8 qol