[b]“Qəbələ” Türkiyə klubuna 6 cavabsız qolla qalib gəldi[/b]
07.11.2017 - 09:04
[b]“Qəbələ” Türkiyə klubuna 6 cavabsız qolla qalib gəldi[/b]

Türkiyədə təşkil olunan “Limra Cup” turnirində növbəti oyunlar keçirilib. Apasport.az saytı xəbər verir ki, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası yarışın 4-cü günündə “Kəmər Kartalları” ilə qarşılaşıb.

 

Keçirdiyi bütün qarşılaşmalarda böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” seriyanı bu dəfə də davam etdiriblər. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 6 cavabsız qolla qalib gəlib. “Qəbələ”nin heyətində Ziya Şəkərxanov 2, Ömər Cəbrayılov, Həsən Nəzərli, Murad Əbilov və Ömər Ağababayev hərəyə 1 dəfə fərqləniblər.

 

Bunadək “Manavqatspor”u 10:0, “BD Spor”u 4:0 hesabı ilə məğlub edən “Qəbələ” 3 matçdan sonra 9 xalla liderlər qrupunda qərarlaşıb. Komanda bu gün daha iki oyun keçirəcək.