“Qəbələ”nin transfer etmək istədiyi legioner futbolçulardan birinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, komandanın ukraynalı baş məşqçisi Roman Qriqorçuk ölkəsinin ən titullu klubu olan Kiyev “Dinamo”sundan oyunçu transfer etmək istəyindədi.
Belə ki, “qırmızı-qaralar” paytaxt təmsilçisinin gənc üzvü Viktor Sıqankovu heyətinə qatmaq arzusundadı. “Qəbələ”nin transfer etmək istədiyi yarımmüdafiəçinin 18 yaşı ötən ay tamam olub. Əsasən “Dinamo”nun gənclər komandasında oynayan istedadı “qırmızı-qaralar”ın skautları görüb.
İsraildə anadan olan Sıqankovla danışıqların dekabrın 28-də yekunlaşması gözlənilir. Legionerin transferinin gerçəkləşib-gerçəkləşməməyi də həmin gün bəlli olacaq.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”