[b]“Qəbələ” və “İnter” yenə eyni vaxtda[/b]
25.07.2015 - 10:50
[b]“Qəbələ” və “İnter” yenə eyni vaxtda[/b]

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu turnirdə çıxış edən hər iki Azərbaycan klubu eyni vaxtda meydana çıxacaq.

 

Belə ki, avqustun 6-da keçiriləcək “Qəbələ” – “Apollon” (Kipr) və “İnter” – “Atletik” (İspaniya) matçları saat 21:00-da start götürəcək. Bakılılar “İnter Arena”da, əyalət klubu isə paytaxtdakı “Bakcell Arena”da oynayacaq.

 

Qeyd edək ki, iyulun 23-də baş tutan II təsnifat mərhələsinin cavab oyunlarında da “Qəbələ” və “İnter” eyni saatda meydana çıxmışdı.