Gürcüstanın paytaxtı Tiflisdə Vitali Daraseliyanın xairəsinə keçirilən turnirinə yekun vurulub. Apasport.az saytı xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmalar baş tutub.
“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-ci yer uğrunda oyunda Türkiyənin “Trabzonspor” klubu ilə görüşüb. “Qırmızı-qaralar” bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olublar.
“Qəbələ”nin qoluna Təbriz İsazadə imza atıb. Beləliklə, Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda turniri 6-cı yerdə başa vurub.
Yarışın qalibi isə Kiyev “Dinamo”su olub. Ukrayna təmsilçisi finalda Hollandiya “Alkmaar”ını məğlub edib – 1:1 (penaltilər seriyası 4:2). Üçüncü yer uğrunda matçda Belçika “Gent”i İtaliya “İnter”indən güclü olub – 0:0 (penaltilər seriyası 5:4).
7-ci yer uğrunda matçda isə Tiflis “Dinamo”su Zaqrebdən olan həmklublarına 3:1 hesabı ilə qalib gəlib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq