[b]“Qəbələ” yeni baş məşqçisi ilə danışıqları Fransada aparır[/b]
03.06.2014 - 13:20
Ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək “Qəbələ”nin yeni baş məşqçisinin adına hələ aydınlıq gəlməyib. Bunu apasport.az saytına klubun vitse-prezidenti Fariz Nəcəfov bildirib.
Nəcəfovun sözlərinə görə, o hazırda Fransanın paytaxtı Parisdədir və baş məşqçilərlə namizədlərlə danışıqlar davam etməkdədir.
Qeyd edək ki, “Qəbələ”nin yeni çalışdırıcısının yenə Şərqi Avropa ölkələrindən birindən olacağı bilinir.
0
0