[b]“Qəbələ” yeni transferinin keçidini rəsmiləşdirə bilmir[/b]
10.08.2014 - 23:05
“Qəbələ” Rumıniyanın “Otselul” klubundan transfer etdiyi braziliyalı hücumçu Markinyos Kariokanın keçidini rəsmiləşdirə bilmir. Apasport.az xəbər verir ki, buna səbəb 22 yaşlı futbolçunun transfer vərəqəsinin gecikməsidi.
Futbolçu əməkdaşımızla söhbətində bildirib ki, problem yaxın günlərdə həll olunacaq: “Komandanın məşqlərinə qatılıram. Amma meydana çıxmağımda problem var. Çünki transfer vərəqəsi hələ də göndərilməyib. Gözləyirəm, yəqin yaxın günlərdə gələr”.
Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasının 2014/2015-ci il mövsümünün ilk turunda “İnter”ə 0:4 hesabı ilə uduzub.
0
0