[b]“Qəbələ”dən biri də gedir[/b]
30.05.2018 - 12:28
[b]“Qəbələ”dən biri də gedir[/b]

“Qəbələ” daha bir futbolçu ilə vidalaşır. Apasport.az saytının məlumatına görə, Dion Malondan sonra Famussa Kone də Azərbaycanı tərk edir.

 

Belə ki, ötən yay “Göztəpə”dən icarəyə götürülən malili hücumçu ilə anlaşma müddəti başa çatıb. Bu səbəbdən 24 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Türkiyə klubuna qayıdıb.

 

Qeyd edək ki, “Qəbələ” baş məşqçi Roman Qriqorçukla da yollarını ayırıb.