[b]“Qəbələ”də növbəti itki: 1 ay oynamayacaq[/b]
08.11.2017 - 12:10
[b]“Qəbələ”də növbəti itki: 1 ay oynamayacaq[/b]

“Qəbələ”də zədəli futbolçuların sayı getdikcə artır. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar”ın daha bir futbolçusu sıradan çıxıb.

 

Söhbət “Səbail”lə XI tur matçında zədələnən mərkəz müdafiəçisi Rasim Ramaldanovdan gedir. Tibbi müayinədən sonra 31 yaşlı futbolçunun əzələsində yırtıq aşkarlanıb. Həkimlər onun 1 ay yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.

 

Son matçın fasiləsində əvəzlənən Stiven Monrozun isə zədəsi elə də ciddi deyil. Fransalı hücumçu hazırda məşqlərə qoşulmasa da, tezliklə sıraya dönməsi gözlənilir.

 

Uzun müddətdi zədədən əziyyət çəkən müdafiəçi Vitali Vernidub və yarımmüdafiəçi Filip Ozobiç isə fərdi məşqlərlə kifayətlənirlər.

 

Qeyd edək ki, “Qəbələ” Premyer Liqada yaranmış fasilədən yararlanaraq, noyabrın 11-də “Zirə”, 12-də isə “Səbail”lə yoxlama görüşü keçirəcək.

0