Avropa Liqasının qrup mərhələsinin II turu “Qəbələ”nin 4 futbolçusu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, “dördlük” “Krasnodar”la sabah Rusiyada keçiriləcək qarşılaşmada meydana çıxacağı halda avrokuboklarda yubiley oyununu qeyd edəcək.
Bu futbolçulardan üçünün iştirakı daha inandırıcıdı. Komandanın ən təcrübəlisi olan ukraynalı Aleksey Qay qitə miqyaslı turnirlərdə 65-ci dəfə meydana çıxacaq.
Onun həmyerlisi Vitali Vernidub 10-cu, braziliyalı Rikardinyo 35-ci avrokubok sınağında özünü göstərməyə çalışacaq. Son vaxtlar daha çox ehtiyatda qalması ilə seçilən Georgi Floresku bu dəfə şans qazansa, 25-ə çatmış olacaq.
Qeyd edək ki, bu oyunçulardan Qay 6, Floresku 3 avrokubok qoluna imza atıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı