“Qəbələ”nin U-17 komandasının iştirak etdiyi 66-ci Kvarnerska Riviyera turnirinə start verilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Xorvatiyanın Riyeka şəhərində təşkil olunan yarışda hər komanda U-18-in üç üzvündən də yararlanmaq hüququna malikdi.
“Qəbələ” qrup mərhələsinin ilk turunda Sloveniya təmsilçisi “Domjale” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb. İkinci oyununu “Omişal”a qarşı keçirən “qırmızı-qaralar” meydanı qələbə ilə tərk edib – 2:0. Komandanın qollarına Kamran Quliyev və Məhəmməd Abbaslı imza atıb.
İlk iki turdan sonra 4 xala malik “Qəbələ” 2-ci pillədə qərarlaşıb. “Osiyek”in 6, “Domjale”nin 1 xalı varsa, “Omişal” hər iki matçda uduzub. Bu gün keçiriləcək son turda “Qəbələ”nin rəqibi “Osiyek” olacaq.