[b]“Qəbələ”dən rekord[/b]
29.11.2017 - 16:19
[b]“Qəbələ”dən rekord[/b]

“Qəbələ” Azərbaycan kubokunda özünün ən böyük hesablı qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, 1/8 finalda “Mil-Muğan”ı 8:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” indiyədək bu yarışda belə qələbə qazanmamışdı.

 

Qəbələ şəhər stadionundakı qələbə klubun bütün yarışlardakı çıxışlarında da rekord sayılır. 2005-ci ildə yaranan komanda heç vaxt 8-dən artıq top fərqilə qalib gəlməyib.

 

İndiyədək 2 dəfə 8:0 hesabına sevinən “Qəbələ” 12 ildə 3-cü dəfə bu rekorda imza atıb. 2005-ci il noyabrın 21-də I dəstədə çıxış edən “qırmızı-qaralar” “Şərur”u 8:0 hesabı ilə yenmişdi. Ötən il sentyabrın 10-da həmin rekord Premyer Liqa matçında təkrarlanıb. Komanda “Neftçi”ni səfərdə yendi. Rekordun yenidən təkrarlanması isə kubok matçına təsadüf etdi.