[b]“Qəbələ”nin 17 mümkün rəqibi: “Ayaks”, Kiyev “Dinamo”su...[/b]
03.08.2017 - 11:09
[b]“Qəbələ”nin 17 mümkün rəqibi: “Ayaks”, Kiyev “Dinamo”su...[/b]

Avropa Liqasının pley-off mərhələsinin 17 iştirakçısı bəllidi. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 15 uğursuzu və Avropa Liqasında mərhələ keçən 2 komanda qrupun bir addımlığındadı.

 

Sabah İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatmanın digər 27 iştirakçısı isə bu gün bilinəcək. Öz meydanında Yunanıstan “Panatinaikos”unu qəbul edəcək “Qəbələ” 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa bilsə, pley-offun 44 iştirakçısından biri olacaq.

 

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə komandalar iki səbətə bölünəcək. Reytinqi aşağı olan “Qəbələ” mərhələ adlasa, səpələnməmişlər sırasında yer alacaq. Düzdü, pley-offda iştirakı dəqiqləşən 17 komandanın hamısının səbəti haqda əminliklə danışmaq mümkün deyil.

 

Lakin Kiyev “Dinamo”su və “Ayaks” kimi nəhənglərin potensial rəqiblər olacağını söyləmək mümkündü. Çünki onlar 17 klub arasında ən yüksək reytinqlilərdi. Ümumiyyətlə isə indiki durumda bugünkü cütlərdə favoritlətin qalib gələcəyini nəzərə alsaq, 17 komandadan 8-i səpələnmiş, 9-u səpələnməmiş olacaq.

 

Avropa Liqası

Pley-off mərhələsi

 

Səpələnmişlər*

“Dinamo” (Kiyev, Ukrayna) – 67,526

“Ayaks” (Hollandiya) – 67,212

“Viktoriya” (Çexiya) – 40,635

“Zalsburq” (Avstriya) – 40,570

“Brügge” (Belçika) - 39,480

“Lüdoqorets” (Bolqarıstan) - 34,175

BATE (Belarus) – 29,475

“Legiya” (Polşa) – 28,450

 

Səpələnmişlər*

“Austriya” (Avstriya) – 16,070

“Partizan” (Serbiya) – 16,075

“Rusenborq” (Norveç) – 12,665

“Şerif” (Moldova) – 11,150

AEK (Yunanıstan) – 6,580

“Hafnarfyordur” (İslandiya) - 6,175

“Vitorul” (Rumıniya) - 5,870

“Vardar” (Makedoniya) – 5,125

“Suduva” (Litva) – 1,825

* - səbətlər ehtimallara əsasən tərtib olunub.