[b]“Qəbələ”nin bombardiri Hindistan klubunda[/b]
14.11.2015 - 12:27
[b]“Qəbələ”nin bombardiri Hindistan klubunda[/b]

Yayda “Qəbələ”dən ayrılan seneqallı futbolçu Viktor Mendinin klubsuz günləri başa çatıb. Apasport.az saytı xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını Hindistanda davam etdirəcək.

 

Mendi bu ölkənin Superliqa təmsilçisi “Nort-İst Yunayted”lə müqavilə imzalayıb. “Qəbələ”nin heyətində bu vaxta qədər ən çox qol vurmuş futbolçu yeni komandasında 77 nömrəli formanı geyinəcək.

 

“Nort-İst Yunayted” Hindistan çempionatında hazırda 5-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, karyerası ərzində “Mets”, “Bucaspor” klublarının da formasını geyinmiş Mendi “Qəbələ”yə 2011-ci ildə transfer olunmuşdu. O, 4 il ərzində çıxış etdiyi “qırmızı-qaralar”ın heyətində ölkə çempionatında 112 oyunda 29 qola imza atıb. Mendi Seneqal yığmasında isə cəmi 1 oyun keçirib ki, bu, 2009-cu ildə İranla matça təsadüf edib.