[b]"Qəbələ" ilk oyunda məğlub oldu - YENİLƏNİB[/b]
21.09.2016 - 20:49
[b]"Qəbələ" ilk oyunda məğlub oldu - YENİLƏNİB[/b]

Bu gün UEFA-nın Gənclər Liqası turnirində “Çempionlar yolu”na start verilib. Apasport.az saytının məlumatına görə, I mərhələnin ilk oyunları çərçivəsində baş tutan günün yeganə matçı Qəbələdə keçirilib.

 

Gənc futbolçuların qitə miqyaslı yeganə klub turnirində debüt edən “Qəbələ”  Rusiyanın “Dinamo” klubu ilə qarşılaşıb. Hüseynqulu Quliyevin yetirmələri Moskva klubu ilə matçda məğlubiyyətə üzülübülər.

 

Rəqib ilk hissənin sonu və ikinci hissənin əvvəlində vurduğu iki cavabsız qolla vətənə qələbə ilə dönüb.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu oktyabrın 19-da Ximkidəki “Rodina” stadionunda baş tutacaq.

 

Gənclər Liqası

Çempionlar yolu

I mərhələ

İlk oyun, 21 sentyabr

 

“Qəbələ” (Azərbaycan) – “Dinamo” (Moskva, Rusiya) - 0:2

Qollar: Kalugin, 42, Obolski, 48

Baş hakim: Alper Ulusoy

Baş hakimin köməkçiləri: İbrahim Bozbey, İlker Takpak (hamısı Türkiyə)

Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan)

Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)

UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)

Qəbələ şəhər stadionu

“Qəbələ”: 36. Süleyman Süleymanov, 5. Elvin Damirov, 16. Ülvi İsgəndərov, 21. Roman Hüseynov, 23. Amin Seydiyev, 29. Hacıağa Hacıyev, 30. Bəhlul Mustafazadə (k), 55. Xəyal Əmirli, 70. Fərid Nəbiyev, 71. Ravil Yusifli, 98. Rovlan Muradov

Ehtiyat oyunçular: 12. Murad Popov, 24. Maqsud Ələkbərov, 25. Əməzət Ələkbərli, 50. Sahil Zeynalov, 66. Nurlan Quliyev, 79. Əli Sadiqov, 96. Bayram Qədirli

"Dinamo": 16. İvan Zirikov, 2. Nenakov Maksim, 4. Kaluqin Nikita, 5. Yevgenyev Roman, 6. Lulikin Pavel, 9. Obolski Nikolai, 20. Qrulev Viaçeslav, 24. Klimov Nikita, 34. Demianov Viktor, 7. Moqulkin Mixael (k), 11. Terekov Anton

Ehtiyat oyunçular: 1. Petr Kosarevski, 3. Semen Matviçuk, 8. Eduard Şelok, 10. Denis Seduk, 18. Artyom Qorbulin, 19. Kiril Burkin, 33. Roman Denisov. 

 

 

 

0