“Qəbələ”nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Afina klubu arxa xətti də gücləndirmək niyyətindədi.
“Nyukasl”ın yarımmüdafiəçisi Mehdi Abedi transfer etməyə çox yaxın olan “Panatinaikos” “Styaua”nın üzvü Nikandro Breveldə də “elçi düşüb”. Həm müdafiənin mərkəzində, həm də dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran 29 yaşlı futbolçunun keçidi üçün danışıqlara artıq start verilib. Lakin surinamlı oyunçu “Panatinaikos”la yanaşı, “Sivasspor”, “Ludoqorets” və “Dinamo”nun (Zaqreb) da maraq dairəsindədi. Breveld Yunanıstan klubu ilə anlaşsa belə, çətin ki, “Qəbələ” ilə oyunlarda komandasına kömək edə bilsin.
Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında ilk oyun avqustun 20-də “Bakcell Arena”da keçiriləcək.