[b]“Qəbələ”nin rəqibi "Lokomotiv"ə uduzdu[/b]
30.08.2015 - 16:45
Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olacaq “Krasnodar” Moskvada “Lokomotiv”in qonağı olub.
Oyunda hesabı qonaqlar açıb. Smolov 11-ci dəqiqədə “öküzlər”i önə keçirən qolun müəllifi olub.
Ancaq meydan sahibləri oyunun gedişatında iki qol vuraraq hesabı öz xeyrinə dəyişə biliblər. Əvvəlcə 18-ci dəqiqədə Niasse fərqlənib, 56-cı dəqiqədə isə Kasayev yekun nəticəni elan edib.
Bu nəticədən sonra “Qəbələ”nin rəqibi Rusiya Premyer Liqasında 9 xalla 8 pillədə qərarlaşıb.
0
0