“Qəbələ”nin Avropa Liqasındakı rəqiblərindən olan Dortmund “Borussiya”sı Almaniya çempionatı tarixində ən yaxşı göstəriciyə imza atıb. Apasport.az saytı xəbər verir ki, Tomas Tuxelin yetirmələri ilk 5 turdakı nəticə ilə yeni rekord müəyyənləşdiriblər.
Belə ki, “Borussiya” ardıcıl 5 oyunda qələbə əldə etməklə yanaşı, 18 qol vurub, öz qapısından isə cəmi 3 top buraxıb. Top fərqi +15-ə bərabərdi ki, məhz bunun hesabına “Borussiya” yeni rekordçu olub.
Əvvəlki rekord “Bavariya”ya məxsus idi. Münhen təmsilçisi ardıcıl 5 oyunda qələbə qazandığı halda, top fərqi +14 olmuşdu. Bu isə o deməkdi ki, “Borussiya” “Bavariya”nı da qabaqlayıb.
Düzdü, 1977-1978 mövsümündə “Köln” ilk 5 turda 19 qol vurmağı bacarıb. Ancaq həmin vaxt komanda 5 oyundan birində uduzmuşdu.
Bir maraqlı faktı da qeyd edək ki, həmin mövsümlərin sonunda “Bavariya” və “Köln” Almaniya çempionu olublar. Məntiqi ardıcıllıqla “Borussiya” da mövsümü birinci pillədə başa vurmalıdı.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"