[b]“Qəbələ”nin rəqibindən darmadağın[/b]
20.07.2015 - 00:13
[b]“Qəbələ”nin rəqibindən darmadağın[/b]

UEFA Avropa Liqası II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Çukariçki” Serbiya çempionatında ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Vladan Miloyeviçin yetirmələri bu gün başlayan Serbiya Superliqasında ilk oyununu “Voyvodina”ya qarşı keçirib.

 

Matç təmsilçimizin rəqibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Oyunda qolları qarşılaşmanın 34, 58 və 65-ci dəqiqələrində Andriya Pavloviç, 90-cı dəqiqədə isə Nikola Stoylkoviç vurub.