[b]“Qəbələ”nin rəqibindən əzmkar qələbə[/b]
28.09.2015 - 08:23
[b]“Qəbələ”nin rəqibindən əzmkar qələbə[/b]

Yunanıstan çempionatında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan PAOK “Atromitos”la qarşılaşıb.

 

Saloniki təmsilçisi səfər matçında 2:1 hesabı ilə əzmkar qələbə qazanıb. Qarşılaşmada ilk qolu meydan sahibləri vurub. 63-cü dəqiqədə Xavyer Horatsio Umbides fərqlənib. Lakin PAOK 72-ci dəqiqədə Dimitar Berbatovun, son dəqiqədə isə Robert Makın qoluna sevinib.

 

Bu qələbədən sonra xal hesabını 10-a çatdıran PAOK 5 turdan sonra 3-cü pillədə qərarlaşıb. “Qəbələ”nin rəqibi vahid lider “Olimpiakos”dan 5 xal geri qalır.