[b]“Qəbələ”nin zədəliləri qayıtdı, qaldı kapitan[/b]
02.05.2016 - 16:35
[b]“Qəbələ”nin zədəliləri qayıtdı, qaldı kapitan[/b]

Topaz Premyer Liqasının XXXII turunda “Neftçi” ilə bərabərə qalan (2:2) “Qəbələ” vaxt itirmədən bu komanda ilə Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki qarşılaşmanın hazırlığına başlayıb. Klubdan apasport.az saytına verilən məlumata görə, vacib görüş öncəsi 2 futbolçunun zədəsi sağalıb.

 

Bunlar mərkəz müdafiəçisi Ruslan Abışov və yarımmüdafiəçi Sergey Zenyovdu. Bir müddətdi fərdi məşqlərlə kifayətlənən hər iki oyunçu artıq kollektivlə birlikdə hazırlıqda iştirak edir. Lakin uzun müddətdi yaşıl meydanlardan uzaq olduqlarından, məşqçilər korpusunun onlara ilk dəqiqələrdən şans verməsi gözlənilmir.

 

“Qırmızı-qaralar”ın hazırda yeganə zədəlisi olaraq kapitan Luis Hilario Dodo qalıb. Braziliyalı yarımmüdafiəçi hələ də həkim nəzarəti altındadı və məşq etmir. Onun “Neftçi” ilə kubokun cavab görüşünü buraxacağı dəqiqdi.

 

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu mayın 4-də keçiriləcək. Bu komandalar arasında baş tutan ilk matçda 1:1 hesabı qeydə alınıb.