“Artıq futbolçu kimi klub axtarmaq niyyətim yoxdu. Buna həddən çox vaxt ayırmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna millisinin sabiq futbolçusu Boqdan Şerşun deyib.
MOİK (Rusiya) və “Dnepr”dəki (Ukrayna) çıxışları ilə tanınan 34 yaşlı müdafiəçi karyerasını bitirmək niyyətində olduğunu açıqlayıb. Münasib təklif olmadığından gileylənən Boqdan həmyerlilərinin Azərbaycana üz tutmasından da danışıb: “İndi münasib təklif tapmaq da çətindi. Ölkə xaricinə yollanmağımın mənası yoxdu. “Çernomorets”in sabiq futbolçuları “Qəbələ”yə getdilər. Onlar Ukrayna çempionatını bəzəyirdi, amma Azərbaycana yollanmağa qərar verdilər. Çünki bizdə vəziyyət qeyri-sabitdi, onlara lazım olan şərait yoxdu”.
Qeyd edək ki, qış fasiləsində “Çernomorets”in baş məşqçisi Roman Qriqorçuk və 4 futbolçusu – ukraynalılar Aleksey Qay, Ruslan Fomin, Dmitri Bezotosnı və belaruslu Mixail Sivakov “Qəbələ”yə keçib.