[b]“Qranada” Eddi İsrafilovu millinin toplanışına buraxmır[/b]
03.02.2015 - 13:30
[b]“Qranada” Eddi İsrafilovu millinin toplanışına buraxmır[/b]

Azərbaycan millisində oynamağa razılıq verən Eddi İsrafilov yığmamızın bu ay Antalyada keçəcəyi təlim-məşq toplanışına qatılmayacaq. Apasport.az saytının məlumatına görə, Robert Prosineçki onu ən tez halda, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində gələn ay Malta ilə keçiriləcək oyuna çağıra bilər.  

 

Məsələ burasındadı ki, FİFA-nın reqlamentində yığma komandaların fevralda təlim-məşq toplanışı keçmələri nəzərdə tutulmayıb. Buna görə də, “Qranada” rəhbərliyi gənc futbolçuya 20-26 fevral tarixlərində Azərbaycan millisinin düşərgəsinə qoşulmağa icazə verməyib. İspaniya təmsilçisi La Liqadakı vacib oyunlara görə, İsrafilovun komandada qalmasını tələb edib.

 

Qeyd edək ki, fevralın 23-də “Levante” ilə qarşılaşacaq “Qranada” 5 gün sonra “Barselona” ilə çətin oyuna çıxacaq.