[b]“Ramil Şeydayev oyun tərzimizə uyğun gəlmədi” - “Jilina”nın baş məşqçisi[/b]
01.09.2017 - 15:39
[b]“Ramil Şeydayev oyun tərzimizə uyğun gəlmədi” - “Jilina”nın baş məşqçisi[/b]

“Ramil Şeydayev komandamıza yeni qoşulanda ona oynamaq şansı verirdik. Lakin sonradan onun bizimlə birgə olmaq üçün motivasiyasının qalmadığını gördük”. Apasport.az saytının məlumatına görə, bunu Slovakiyanın “Jilina” klubunun baş məşqçisi Adrian Qula deyib.

 

Mütəxəssis Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin komandadan gedişinə münasibət bildirib. O, klubunun saytına deyib ki, “Qarabağ”a transfer olunun hücumçu ilə “Jilina”nın oyun tərzinə cavab vermədiyi üçün vidalaşıblar: “Onun motivasiyasının qalmadığını gördükdən sonra digər futbolçularımıza şans verdik. Ramil isə ikinci heyətə göndərdik. Onun potensialı olsa da, bizim oyun tərzimizə uyğun gəlmədi. Bu səbəbdən də futbolçu ilə əməkdaşlığa son verdik. Ramilə komandadakı çıxışına görə təşəkkür edirik”.

 

Qeyd edək ki, Türkiyənin “Trabzonspor” klubuna məxsus olan Şeydayev “Qarabağ”da da icarə əsasında oynayacaq.

0