[b]“Real” Avropa Liqasına “2” verdi[/b]
13.08.2014 - 08:15
UEFA Superkuboku uğrunda oyun keçirilib. Apasport.az saytının məlumatına görə, mükafatın qalibi İspaniya təmsilçilərinin duelində müəyyənləşib.
Çempionlar Liqasının son qalibi olan Madrid “Real”ı Avropanın ən güclüsü olduğunu bir daha təsdiqləyib. “Kral klubu” Avropa Liqasının qalibi olan “Sevilya”nı məğlub edib – 2:0.
Qitənin ikinci dərəcəli klub turnirinin qalibinə “2” verən “Real”a qələbəni Kriştianu Ronaldo qazandırıb. Onun dublu komandasına Superkubok qazandırıb.
UEFA Superkuboku
12 avqust
“Real” (İspaniya) – “Sevilya” (İspaniya) – 2:0
Ronaldo, 30, 49
0
0